ec1abe50-6fe0-4932-b678-45c8a47a66dd..jpg

Qordon Braun: “Bakı Forumu aktual qlobal problemlərin müzakirəsinə kömək edir”

Baxış sayı: 814 dəfə baxılıb.

Qordon Braun: “Bakı Forumu aktual qlobal problemlərin müzakirəsinə kömək edir”

“Bakı Forumu aktual qlobal problemlərin müzakirəsinə kömək edir. Sülh və
barışıqla bağlı ismarışa görə minnətdaram”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş Baş naziri Qordon
Braun X Qlobal Bakı Forumu çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması
strukturu: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və
bu istiqamətdə fəaliyyət” mövzusunda keçirilən növbəti panel iclasında çıxışı
zamanı deyib.

Onun sözlərinə görə, COVID-19-a qarşı peyvəndin mövcud olmasına baxmayaraq,
bəzi ölkələrdə buna hər 4 nəfərdən yalnız birinin çıxışı var:

“Biz peyvənd etməsək və hər kəsə bərabər səviyyədə qayğı göstərməsək, bu,
vicdanımızda ləkə kimi qalacaq. Odur ki, bu istiqamətdə maliyyələşməni təmin
etmək üçün daha yaxşı yollar tapmalıyıq. Bu, növbəti çağırışlara hazırlaşmaq
üçün yeganə düzgün yanaşmadır”.

Q.Braun vurğulayıb ki, dünya Rusiyanın Ukraynaya təcavüzündən sonra enerji
resurslarının çatışmazlığı və ərzaq təhlükəsizliyi problemi ilə üzləşib:

“Ölkələr səhiyyəyə deyil, borcun ödənilməsinə daha çox pul xərcləyir. Amma
pandemiyanın nəticələri ilə mübarizə aparmaq lazımdır”.

Source link