Bakıda 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisi və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro-2018” sərgisinin iştirkaçılarının 70 faizi xarici şirkətlərdir.
ÇıxışYolu.Com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli bildirib.
Sərgi iştirakçılarının sayının hər il artdığını, bu il artımın 12 faiz təşkil etdiyini bildirən agentlik sədri səbəb olaraq, ölkədə münbit rəqabət mühitinin olmasını göstərib.
Ölkədə qida istehsal edən subyektlərin sayının getdikcə artdığını vurğulayan Q.Təhməzli qeyd edib ki, sərgilər kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində şirkətlərin fəaliyyətinin inkişafına səbəb olacaq.
Agentlik sədri Türkiyənin Qida, Əkinçilik və Heyvandarlıq Nazirliyi tərəfindən təhlükəli elan edilən məhsulların Azərbaycan bazarına gətirilib-gətirilməməsi ilə bağlı sualı isə belə cavablandırıb:
“Bu məhsulların satışı yoxdur. Biz müvafiq qurumlarla əlaqə saxladıq, məlum oldu ki, həmin məhsulların Azərbaycana idxalı aparılmayıb. Ticarət şəbəkələrində də monitorinq apardıq, həmin məhsullara rast gəlmədik”.
Leyla Əliyeva
www.ÇıxışYolu.Com