4352a0dd-3a70-46f6-99f6-8b768f59a2c2..jpg

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının bəyanatı səsləndirilib – FOTO

Baxış sayı: 792 dəfə baxılıb.

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının bəyanatı səsləndirilib – FOTO

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) sədri Orduxan Qəhrəmanzadə
Hərəkatın COVID-19-a Qarşı Mübarizə Üzrə Təmas Qrupunun Zirvə Görüşündə bəyanat
səsləndirib və QHGT-nin fəaliyyəti ilə bağlı bir sıra məqamları vurğulayıb.

Gənclər Təşkilatından “Report”a verilən məlumata görə, bəyanatda bildirilib
ki, 2022-ci il ərzində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı vətəndaşların
sağlamlığının və rifahının, keyfiyyətli təhsilə çıxışın təmin edilməsi, insan
hüquqlarının qorunması, iqlim dəyişikliyi və pandemiyanın yaratdığı
problemlərin həlli istiqamətində Qoşulmama Hərəkatı Üzv Dövlətlərində davamlı
inkişafın təmin edilməsi məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirib.

Qeyd edilib ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı gənclərin sülh və davamlı
inkişaf sahəsində aktiv fəaliyyətinin təşviqi məqsədilə bir çox fəaliyyətlər
təşkil edib:

“Sözügedən tədbirlərdə gənclərə QHGT yaranma tarixi, fəaliyyət prinsipləri,
dəyərləri və strukturu haqqında ətraflı məlumat verilib. Qoşulmama Hərəkatı
Gənclər Təşkilatı tərəfindən keçirilən layihələrdə gənclərin yerli və qlobal
problemlərin həllində birgə fəaliyyəti təşviq olunub, COVID-19 pandemiyasından
sonra gənclərin hərtərəfli inkişafının və dayanıqlı gələcəyin təmin edilməsi
məqsədilə Qoşulmama Hərəkatına Üzv Dövlətlərlə əməkdaşlıq edilib”.

Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Azərbaycan Respublikası
Prezidentiİlham Əliyevin təşəbbüsü ilə 2020-ci ildə yaradılıb. 2022-ci ilin
iyulunda 60 dövlətin gənc nümayəndəsinin iştirak etdiyi Qoşulmama Hərəkatının
Gənclər Şəbəkəsi tərəfindən ilk dəfə keçirilən Beynəlxalq Qoşulmama Hərəkatı
Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilata çevrilməsinə dair yekun sənəd olan
Şuşa Akkordu qəbul edilib. Hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Üzv
Dövlətlər üzrə 33 Milli Bölmə nəzdində 600-dən çox fəal üzvü Qoşulmama
Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqa təkan verir.

Source link