8190a3d8-6dce-494a-8fba-4b9ddff43d9e..jpg

Qoşulmama Hərəkatının Bakı görüşü dünya mediasının diqqət mərkəzində – FOTO

Baxış sayı: 3. 003 dəfə baxılıb.

Qoşulmama Hərəkatının Bakı görüşü dünya mediasının diqqət mərkəzində – FOTO

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda
keçirilən Zirvə görüşü dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrinin tanınmış KİV-lərində
dərc olunmuş məqalələrdə qlobal səviyyədə yaşanan gərginliklərə baxmayaraq,
70-dən çox dövlətin nümayəndələrinin Bakıdakı Zirvə görüşündə bir araya
gəlmələri Prezidentİlham Əliyevin və Azərbaycan dövlətinin beynəlxalq aləmdə
hörmətinin və nüfuzunun göstəricisi olduğu vurğulanıb.

Türkiyənin aparıcı KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə
görüşündəki çıxışında Fransanın müstəmləkəçilik siyasətini sərt tənqid etməsinə
xüsusi diqqət ayırıblar.

Qardaş ölkənin Anadolu

agentliyində yayımlanan “Prezident Əliyev Fransanın müstəmləkəçilik siyasətini
davam etdirməsinə sərt etirazını bildirdi” sərlövhəli məqalədə Azərbaycan
Prezidentinin çıxışında dünyada neokolonializm meyillərinin artdığını
vurğulayaraq, Fransanı sərt tənqid etdiyi qeyd olunub. Yazıda Prezident İlham
Əliyevin çıxışında suverenlik və ərazi bütövlüyünün pozulması, dövlətlərin
daxili işlərinə müdaxilə hallarının artdığını, beynəlxalq təşkilatların
qərarlarının yerinə yetirilmədiyini, yaxud ikili standartlarla həyata
keçirildiyini bildirdiyi vurğulanıb.

“TRT Haber”

kanalında yer alan “Prezident Əliyevdən Fransaya ultimatum: Soyqırımlar üçün
üzr istə, o adalardan çıx” sərlövhəli yazıda dövlətimizin başçısının Qarabağın
otuzillik işğalı dövründə Ermənistanı açıq şəkildə dəstəkləyən Fransaya çağırış
etdiyi bildirilib, Azərbaycan Prezidentinin “Qoşulmama Hərəkatının təməl
sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının
və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına
hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər
fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır” ifadələri oxucuların
diqqətinə çatdırılıb.

“Azərbaycan Prezidenti İlham Əliyev qanlı müstəmləkə cinayətləri və soyqırımı
əməllərinə görə Fransaya çağırış etdi”, – dövlətimizin başçısının Qoşulmama
Hərəkatının Zirvə görüşündəki çıxışına dair”Yeni Şafak

“ qəzetində dərc edilən məqalə oxuculara bu sərlövhə ilə təqdim olunub. Yazıda
vurğulanıb ki, Prezident İlham Əliyev Fransadan müstəmləkə cinayətlərinə və
törətdiyi soyqırımlarına görə üzr istəməsini tələb edib.

“Milad

“ qəzetində yayımlanan xəbərdə də Prezident İlham Əliyevin Qoşulmama
Hərəkatının Bakıda keçirilən Zirvə görüşündəki açılış nitqində Fransaya sərt
etirazını bildirdiyi vurğulanıb. Yazıda Prezident Əliyevin çıxışından “Fransanı
Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan
ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də
soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”
ifadələri sitat gətirilib.

“Ensonhaber.com” saytı Prezident İlham Əliyevin Fransanın müstəmləkə
cinayətləri və soyqırımı əməllərinə görə üzr istəməsi barədə tələbinin bu
ölkənin Prezidenti Emmanuel Makronun Afrika ölkələrinə səfərə başladığı dövrə
təsadüf etməsinə diqqət çəkib. Dövlətimizin başçısının “Tarixi
müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı
bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində
səylərini birləşdirməlidir” fikrinin sitat gətirildiyi məqalədə bildirilib ki,
Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti
altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə
güclü dəstəkləyib.

Türkiyənin “Yeni akit

“ və “Sondakika.com

“ və digər KİV-lərində yayımlanan xəbərlərdə də Prezident İlham Əliyevin
Fransanın müstəmləkə və soyqırımı cinayətlərinə görə üzr istəməsi və cavab
verməsinin vacibliyi barədə fikirləri geniş işıqlandırılıb.

Qardaş ölkə mətbuatında dərc olunan məqalələrdə Azərbaycan Prezidentinin dünya
düzəninin yenidən formalaşmaqda olması, soyuq müharibənin sona çatmasından bəri
dünyada ən ciddi Şərq-Qərb qarşıdurmasının yaşanması, habelə BMT Təhlükəsizlik
Şurasında islahatların aparılmasının vacibliyi və Qoşulmama Hərəkatının
Təhlükəsizlik Şurasında təmsil olunması barədə fikirlərinə də geniş yer
verilib. Bundan başqa, xəbərlərdə Türkiyədə və Suriyada baş vermiş güclü
zəlzələ nəticəsində həlak olanların xatirəsinin Prezident İlham Əliyevin
təklifi ilə Zirvə görüşünün iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad
edildiyi, yaralananların tezliklə şəfa tapmasının arzulandığı da vurğulanıb.

Qoşulmama Hərəkatının Bakı Zirvə görüşü Rusiya KİV-lərinin də diqqət
mərkəzində olub. Bu ölkənin “Lenta.ru “, “Moskovskiy
komsomolets “, “Profil” nəşrləri Prezident İlham Əliyevin
Zirvə görüşündə çıxışında Azərbaycan hökumətinin 2021-2022-ci illərdə Qarabağın
bərpasına 4 milyard dollar ayırdığı, ölkəmizin bərpa işlərini öz vəsaiti
hesabına həyata keçirdiyi, eləcə də bu il həmin məqsədlərə daha 1,7 milyon
dollar vəsait ayrılacağı barədə fikirləri önə çəkilib.

Yazılarda bildirilib ki, Azərbaycan dövlətinin başçısı Qarabağda kənd və
şəhərlərin sıfırdan – “ağıllı kənd” və “ağıllı şəhər” prinsipi ilə tikildiyini
qeyd edib.

“TASS “ agentliyinin Bakıda keçirilən Zirvə görüşündən
hazırladığı informasiyalarda Azərbaycan Liderinin ölkəmizin Qoşulmama
Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə
davam edəcəyi, Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan
sonrakı bərpasını dəstəkləmək məqsədilə ilk donor ölkə kimi 1 milyon ABŞ
dolları məbləğində vəsait ayırması barədə bəyanatından bəhs edilir. Bundan
başqa, Azərbaycan Prezidentinin Hərəkatın digər üzvlərini də bu təşəbbüsü
dəstəkləməyə çağırdığı, eləcə də BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə
Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etdiyi vurğulanıb.

Prezident İlham Əliyevin Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər
Qrupunun yaradılması təklifi də Rusiya KİV-lərinin önə çıxardığı fikirlərdəndir.

Pakistan və Malayziya KİV-ləri də Qoşulmama Hərəkatının Bakı Sammiti barədə
silsilə məqalələr yaymaqda davam edir. Bundan başqa, İndoneziyanın “Antara”
xəbər agentliyi, habelə Çin portalları Zirvə görüşünü diqqət mərkəzində
saxlayıb, mövzuya dair bir neçə xəbər yayıb.

Pakistanın “Associated Press” agentliyi, “Daily Times” qəzeti, “Pakistan Today
” nəşrlərində yayılan informasiyalarda Azərbaycan Prezidenti İlham Əliyevin
Zirvə görüşündəki çıxışına geniş yer verilib, dövlətimizin başçısının müxtəlif
mövzularda səsləndirdiyi fikirlərdən sitatlar gətirib.

“Azərbaycan Prezidenti BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək
Səviyyəli Panelinin yaradılmasını təklif edir” sərlövhəli məqalələrdə
dövlətimizin başçısının Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv
ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcəyi barədə fikrini
xüsusi vurğulanıb. Həmçinin Azərbaycanın ilk donor ölkə kimi Afrikanın və
inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək
məqsədi daşıyan iki qlobal çağırışın hər birinə 1 milyon ABŞ dolları məbləğində
vəsait ayırdığı qeyd edilib.

Bildirilib ki, Bakı Zirvə görüşündə 70-ə yaxın ölkənin dövlət və hökumət
başçıları, rəhbər şəxsləri iştirak edib.

Məqalələrdə Prezident İlham Əliyevin COVID-19 pandemiyası ilə mübarizədə
Qoşulmama Hərəkatının qlobal səyləri, Azərbaycanın pandemiya ilə mübarizə üçün
80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərməsi barədə fikirləri də
əksini tapıb.

Dövlətimizin başçısının suverenliyə, milli sahibliyə, bərabərliyə və
qarşılıqlı mənafeyə hörmət prinsiplərini rəhbər tutan Cənub-Cənub əməkdaşlığını
daha da gücləndirmək istiqamətində fikirlərinə geniş yer verən Pakistan mediası
yazır ki, Prezident Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının institusional
inkişafına güclü dəstək verdiyini bəyan edib.

İndoneziyanın milli xəbər agentliyi “Antara” isə Qoşulmama Hərəkatının
COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü barədə Bahasa və
ingilis dillərində bir neçə xəbər təqdim edib. Materiallarda Azərbaycan
Prezidentinin Qoşulmama Hərəkatının BMT-dən sonra ikinci ən böyük beynəlxalq
təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı,
yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməli olması barədə
fikri xüsusi vurğulanıb. Prezident İlham Əliyevə istinadla qeyd olunub ki, indi
dünya soyuq müharibənin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb
qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss
olunur. Məqalələrdə, həmçinin dövlətimizin başçısının “Fransanın Afrika,
Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə
qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı
aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq” fikrinə
də yer verilib. Bundan başqa, Qoşulmama Hərəkatının COVID-19 pandemiyası ilə
mübarizədə oynadığı roldan, pandemiyadan sonra bərpa prosesində Hərəkatın
fəaliyyətindən danışılıb, Azərbaycanın bu işdə nümunəvi fəaliyyəti qeyd olunub.

Əlcəzairin “Algerie54.dz “, “Al24news.com
“ portalları, həmçinin “fr.sputniknews.africa
“ saytı Prezident İlham Əliyevin Zirvə
görüşündə xüsusilə Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı söylədiyi
fikirlərə diqqət çəkib.

“Algerie54.dz “ portalında “QH: Bakı Fransanı
müstəmləkə cinayətlərini tanımağa çağırır”, “fr.sputniknews.africa
“ portalında “Azərbaycan Fransadan “qanlı
müstəmləkə cinayətləri” üçün üzr istəməsini tələb edir” sərlövhəli məqalələrdə
dövlətimizin başçısının Fransanın törətdiyi müstəmləkə cinayətləri barədə
fikirləri oxucuların diqqətinə çatdırılıb. Prezident İlham Əliyevin Fransanı
müstəmləkə cinayətlərini tanımağa çağırdığı, Afrikada, Cənub-Şərqi Asiyada və
digər bölgələrdə Qoşulmama Hərəkatına üzv ölkələrə qarşı törətdiyi qanlı
müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə üzr istəməsinin vacibliyi
barədə fikirlərinə yer verilib. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının
Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda
davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü şəkildə
dəstəklədiyini ifadə etməsi də xəbərlərdə xüsusi vurğulanıb. Yazılarda Zirvə
görüşündə Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının təsis sənədlərində əks
olunduğu kimi, Fransa hökumətinə Yeni Kaledoniya xalqının, Fransanın dənizaşırı
ərazi və departamentlərdəki xalqların hüquqlarına hörmət, törətdiyi soyqırımı
aktlarını isə etiraf etməsinə çağırış ünvanladığı bildirilib.

“Al24news.com” portalı Azərbaycan Prezidenti İlham
Əliyevin Əlcəzarin Baş naziri Aymen Benabderrahmanı qəbul etməsindən yazıb,
Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü barədə ətraflı məlumat təqdim
edib.

Serbiyanın aparıcı kütləvi informasiya vasitələri Qoşulmama Hərəkatının Bakı
Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirləri
geniş işıqlandırıb.

Bu ölkənin geniş oxucu kütləsinə malik gündəlik “Danas”
qəzetində dərc olunan “Azərbaycan Prezidenti: Varlı ölkələrin həyata keçirdiyi
“peyvənd millətçiliyi” pandemiya ilə mübarizədə maneədir” sərlövhəli yazıda
Prezident İlham Əliyevin bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd
millətçiliyi”ni xüsusilə pandemiya ilə mübarizədə ciddi maneə kimi
qiymətləndirdiyi qeyd olunur. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının
pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində mühüm rol
oynadığını bildirib. Yazıda Prezident İlham Əliyevin hazırda dünyanın soyuq
müharibənin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasına
şahidlik etdiyini, Qoşulmama Hərəkatının BMT-dən sonra ikinci ən böyük
beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol
oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməli
olduğunu vurğuladığı bildirilir.

“Rtv”, “Politika”, “Happy tv” kimi informasiya
agentlikləri və xəbər portallarında yayımlanan yazılarda isə Qoşulmama
Hərəkatının Bakıda keçirilən Zirvə görüşündə Serbiyanı Baş nazirin birinci
müavini, xarici işlər naziri İvitsa Daçiçin təmsil etdiyi, Azərbaycan
Prezidenti İlham Əliyevin görüşdə bir neçə həftə bundan əvvəl Türkiyədə və
Suriyada dağıdıcı zəlzələ baş verdiyini xatırlatdığı, tədbir iştirakçılarını
həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etdiyi
bildirilir.

Yazılarda Prezident İlham Əliyevin Azərbaycanın Afrikanın və inkişaf edən
kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək üçün ilk
donor ölkə kimi vəsait ayırdığını bildirdiyi, Qoşulmama Hərəkatına üzv ölkələrə
Azərbaycanın ədalətli mövqeyini dəstəklədikləri, eləcə də 2020-ci və 2022-ci
illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli
bəyanatların qəbuluna imkan verməməkdə göstərdikləri qətiyyətə görə təşəkkür
etdiyi vurğulanır.

Kubanın da media qurumları Qoşulmama Hərəkatının Bakı Sammitini diqqət
mərkəzində saxlayıblar.

Bu ölkənin “Prensa Latina” xəbər agentliyinin saytında və “Escambray”
qəzetində yayımlanan xəbərlərdə Kubanın Vitse-prezidenti Salvador Valdes
Mesanın ən ciddi qlobal səhiyyə böhranlarından biri olan COVID-19 pandemiyası
zamanı Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın virusla mübarizədə rolunu
yüksək qiymətləndirdiyi vurğulanıb. Azərbaycanın Hərəkata sədrlik müddətində
uğurlu iş apardığı, buna görə də mandatının daha bir il uzadılması barədə qərar
qəbul edildiyi diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanın paytaxtı Bakıda
keçirilən Zirvə toplantısının Hərəkatın güclənməsinə töhfə verən mühüm tədbir
olduğu bildirilib. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının ən çox
inkişaf etmiş və böyük potensiala malik ölkələrinin imkanları daha zəif olan
ölkələrə kömək etmək üçün yardım fondu yaratmaq barədə təklifi və Azərbaycan
hökumətinin bu fonda ilkin olaraq 1 milyon ABŞ dolları məbləğində vəsait
ayırması xüsusi vurğulanıb.

“RadioReloj”un saytında isə Kubanın Vitse-prezidenti Salvador Valdes Mesanın
bu radio kanalına verdiyi müsahibədə dövrümüzün qlobal sağlamlıq böhranlarından
biri olan koronavirus pandemiyası zamanı Azərbaycanın Qoşulmama Hərəkatına
uğurlu sədrliyindən danışdığı qeyd edilib. Kubanın Vitse-prezidenti vurğulayıb
ki, 2019-cu ildə Hərəkata rəhbərlik etdiyi vaxtdan bəri fəallığını qoruyan
Azərbaycan bu dövrdə bir çox təşəbbüslər irəli sürüb və təşkilatın üzvləri ilə
daim sıx təmasda olub.

İspaniyanın EFE xəbər agentliyi, ispandilli “SWI swissinfo.ch” nəşri,
Argentinanın “Infobae” saytı da Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə
üzrə Təmas Qrupunun Bakı Sammiti barədə məqalələr dərc ediblər.

Yazılarda diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin
Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatının üzvlərinin daimi yeri olmasını
təklif edib.

“BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir.
Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə
təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun”, – deyə Azərbaycan
Prezidenti İlham Əliyevin Zirvə görüşündə çıxışında söylədiyi bildirilib.

Dövlətimizin başçısının BMT TŞ-də bir daimi yerin Qoşulmama Hərəkatına
verilməli və quruma sədrlik edən ölkənin həmin yerə sahib olmalı olduğu diqqətə
çatdırılıb. Qeyd edilib ki, Azərbaycan Prezidenti Qoşulmama Hərəkatına üzv
ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini
BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıb.

Prezident İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının fəaliyyətinin
“səmərəsiz” olması, Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə günün
içində icra edilməsi, digərlərinin isə heç vaxt yerinə yetirilməməsi ilə bağlı
fikirləri də oxucuların diqqətinə çatdırılıb.

Yazılarda xatırladılıb ki, 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi
ədaləti hərbi-siyasi yolla bərpa edib. Bu ölkə azad edilmiş ərazilərin yenidən
qurulmasına bu il daha 1,7 milyard dollar sərmayə qoyacaq.

Məqalələrdə Azərbaycan Prezidentinin Fransa müstəmləkəçiliyi, bu ölkənin
törətdiyi cinayətlərinə görə üzr istəmək və məsuliyyətini etiraf etmək barədə
fikirlərinə də geniş yer verilib.

İspandilli “Monitor De Oriente” portalı
Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə görüşündə söylədiyi “yeni dünya
düzəni yenidən formalaşmaqdadır” fikrinə diqqət çəkilib. Dövlətimizin başçısına
istinadla bildirilib ki, indi dünya soyuq müharibənin sona çatmasından bəri baş
verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın
qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən
böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli
rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak
etməlidir.

Vurğulanıb ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının artan
neokolonializm meylini aradan qaldırmaq üçün səylərini birləşdirməli olduğunu
bildirib və Qoşulmama Hərəkatının Qəmər Adaları İttifaqının Fransanın
müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz
suverenliyini həmişə güclü dəstəklədiyini bəyan edib.

Sayt dövlətimizin başçısının çıxışından bu sitatı gətirib: “Fransanın
Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc
qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər
ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə,
qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə
və məsuliyyətini etiraf etməyə çağırırıq”.

Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasında Afrika qitəsi ölkələrinə də
daimi yerlərin verilməsi ideyasını dəstəkləməklə yanaşı, Qoşulmama Hərəkatına
da bir daimi yer verilməli olduğunu bildirib.

Bundan əlavə, Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının keçmişi
xatırlatdığı və indiki reallığı əks etdirmədiyi, Təhlükəsizlik Şurasının
effektiv olmaması ilə bağlı fikirlərini də oxucuların diqqətinə çatdırıb.

Moldovanın “Noi” xəbər portalında dərc olunan məqalədə
isə Prezident İlham Əliyevin Fransa ilə bağlı söylədiyi fikirlər yer alıb.
“Əliyev: Fransa qanlı müstəmləkə cinayətlərinə görə üzr istəməlidir”, –
sərlövhəli məqalədə qeyd olunur ki, Qoşulmama Hərəkatı Qəmər Adaları
İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot
adası üzərində şəksiz suverenliyini həmişə dəstəkləyib.

Məqalədə Prezident İlham Əliyevə istinadla yazılır ki, Fransanın Avropadan
kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc
qalıqlarıdır.

Braziliyanın Dövlət Televiziya və Radio Agentliyi Qoşulmama Hərəkatının martın
2-də Bakıda keçirilən COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə
görüşünü Azərbaycandan birbaşa yayımlayıb.

Əhalisinin sayına görə dünyada altıncı yerdə qərarlaşan Braziliyanın
tamaşaçılarına Azərbaycanın bu mötəbər təşkilatda sədrliyindən və fikir
ayrılıqlarına baxmayaraq, dünyanın bir çox ölkələrini bir gündə Bakıda
toplamasından bəhs edilib. Nümunəvi lider olan Prezident İlham Əliyevin
COVID-19 pandemiyasının ağır fəsadlarını aradan qaldırmaq üçün yorulmadan
çalışdığı, təşəbbüslər irəli sürdüyü vurğulanıb.

Xəbərlərdə Afrika ölkələrinə xüsusi diqqət və qayğının göstərildiyi də diqqətə
çatdırılıb.

Küveyt “q8-press” portalında AZƏRTAC -ın xəbərinə
istinadla yayılan məqalədə oxuculara Zirvə görüşü, bu mötəbər tədbirdə iştirak
edən dövlət və hökumət başçıları, müzakirə olunan məsələlər haqqında ətraflı
məlumat verilib. Həmçinin bildirilib ki, Qoşulmama Hərəkatına sədrlik edən
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından əsas məqamlara da toxunulub.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Hərəkatın son bir neçə ildə
beynəlxalq münasibətlərdə mühüm aktorlardan birinə çevrildiyini, pandemiyanın
başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək
təşəbbüsü ilə çıxış etdiyini bildirib. Azərbaycanın dövlət başçısı diqqətə
çatdırıb ki, Azərbaycan 2020-ci ilin mayında Qoşulmama Hərəkatının dövlət və
hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi
təşəbbüsünü irəli sürüb, bu tədbirdə məlumat bazası hazırlamaq üçün Qoşulmama
Hərəkatının İşçi Qrupunun yaradılması qərara alınıb.

Source link