Mayın 4-də Ucar Rayon Polis Şöbəsinə müraciət edən Yuxarı Çiyni kənd sakini Elnur Kərimov aprelin 13-nə keçən gecə yardımçı təsərrüfatından bir baş qoyununun oğurlandığını bildirib.
DİN-nin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb, qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən iki nəfər müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onların rayon sakinləri Emin Ələkbərov və Rembo Abbaslı olduqları müəyyən edilib.
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların mart ayında rayon sakini Hilal İbrahimovun yardımçı təsərrüfatından səkkiz qoyun, aprel ayında isə Süsən Məmmədovanın və Xatirə Məmmədovanın ümumilikdə iki inəyini oğurlamaları da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.