8d559532-58a0-4785-b39f-1175db1af0a9..jpg

Qranadada Azərbaycanın ərazi bütövlüyü məsələsi gündəmə gəldi – YENİLƏNİB + VİDEO

Baxış sayı: 495 dəfə baxılıb.

Qranadada Azərbaycanın ərazi bütövlüyü məsələsi gündəmə gəldi – YENİLƏNİB +
VİDEO

Qranadada Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel, Ermənistanın baş
naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri
Olaf Şolts arasında dördtərəfli görüşün yekunlarına dair bəyanat qəbul olunub.

Bəyanatda görüş iştirakçıları Ermənistan (29,800 km2) və Azərbaycanın (86,600
km2) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı
tanınması əsasında Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılmasına
yönəlmiş bütün səylərə sadiq qaldıqlarını qeyd ediblər.

Onlar SSRİ Baş Qərargahının tərəflərə təqdim etdiyi ən son xəritələr əsasında
sərhədlərin delimitasiyası üzərində işin təcili aparılmasının zəruriliyini
vurğulayıblar. Bildirilib ki, bu xəritələr həm də sülh müqaviləsinin bağlanması
və bütün humanitar məsələlərin həlli üçün əsas olmalıdır.

Sənəddə həmçinin regional əməkdaşlığın artırılmasına və bütün sərhədlərin, o
cümlədən Ermənistan və Türkiyə arasındakı sərhədin, həmçinin regional
kommunikasiyaların ölkələrin suverenliyinə və yurisdiksiyasına tam hörmət,
bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında açılmasına çağırış əks olunub.

19:20

İspaniyanın Qranada şəhərində Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl
Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel
Makron və Almaniya kansleri Olaf Şolts arasında dördtərəfli görüş baş tutub.

Görüntüləri Ermənistan mediası yayıb.

Danışıqlar Avropa Siyasi İcmasının növbəti sammiti çərçivəsində keçirilib.

Xatırladaq ki, Azərbaycan Preizdenti İlham Əliyev görüşdə iştirakdan imtina
edib.

Source link