75310b74-0954-4f2a-b3c7-7c32e33eef46..jpg

Qripə yoluxmamaq və ya yüngül keçirmək üçün nə etmək lazımdır? – AÇIQLAMA

Baxış sayı: 956 dəfə baxılıb.

Qripə yoluxmamaq və ya yüngül keçirmək üçün nə etmək lazımdır? – AÇIQLAMA

“Azərbaycana qrip əleyhinə peyvəndlər gətirilib. Qripdən qorunmaq istəyən
şəxslərin peyvənd olunmasını tövsiyə edirik, çünki müşahidələr göstərir ki,
peyvənd olunanlar müəyyən qədər qrip virusundan qorunmuş olurlar. Yoluxma olsa
belə, xəstəliyin gedişatı yüngül olur”.

Cixisyolu.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti,
infeksionist Təyyar Eyvazov nazirliyin “Instagram” hesabının canlı yayımında
sualları cavablandırarkən deyib.

İnfeksionist bildirib ki, azyaşlılar, hamilələr, yaşı 65-in üzərində olanlar,
yanaşı xəstəliyi olan şəxslər risk qrupuna aid olduğundan onların qrip əleyhinə
peyvənd olunması daha önəmlidir:

“İmmun sisteminin yüksək olması üçün sağlam həyat tərzi və düzgün qidalanmaya
üstünlük verilməlidir. Alkoqollu içkilər, tütün məhsullarından istifadəni
maksimum azaltmaq lazımdır. Vitaminlə zəngin olan qidaların istehlakına daha
çox üstünlük verilməlidir. İnsanlar müəyyən müddətdən bir konsultasiya məqsədli
tibbi müayinələrdən keçməlidirlər. Bu zaman xəstəliklər barədə vaxtında
məlumatlı olub zəruri tədbir görə bilirik. Bu halda ağır fəsadlardan qurtula
bilərlər”.

Könül Cəfərli

Source link