Qripdən şikayət edən gənc qızda beş onkoloji şiş aşkar edildi

Baxış sayı: 2. 003 dəfə baxılıb.

Qripdən şikayət edən gənc qızda beş onkoloji şiş aşkar edildi

Bir ay baş ağrıları və qrip xəstəliyi simptomlarından şikayət edən 20 yaşlı amerikalı Makkenna Karterdə onkoloji xəstəlik tapılıb.

“The Daily Mail” dərgisi məlumat verir ki, həkimlər gənc qızın beynində beş şiş aşkar ediblər.

2017-ci ildə cərrahiyyə əməliyyatı vasitəsilə qızın kürəyində olan xal götürülüb. Həkimlər əmin olublar ki, bu yolla onlar onkoloji xəstəliyin inkişafını ilkin mərhələdə aradan qaldırıblar. Lakin bir ildən sonra M.Karter kəskin baş ağrılarından şikayət etməyə başlayıb. Müayinədən keçəndən sonra məlum olub ki, xəstənin beynində beş ədəd xərçəng şişi inkişaf edib. Artıq xəstəlik dördüncü mərhələdədir. Bundan əlavə, şişlər xəstənin qaraciyərində, ağciyərləri və sümüklərində aşkar edilib.

Şüa terapiyası heç bir nəticə verməyib. Həkimlər pasiyentə daha çətin sınaqlara hazır olmağı tövsiyə ediblər. Hazırda həkimlər qızı öz immun hüceyrələri ilə müalicə etməyə çalışırlar.