Qroznıda kilsəyə hücum: Ölənlər var

Qroznıda kilsəyə hücum: Ölənlər var

Baxış sayı: 1. 578 dəfə baxılıb.

Dörd döyüşçü Qroznının mərkəzində Arxanqel Mixail kilsəsindəki adamları ələ keçirməyə cəhd edib.

ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bildirib:

“Xüsusi əməliyyat zamanı döyüşçülər məhv edilib. Bir polis əməkdaşı aldığı güllə yarasından həlak olub. Kilsədəki adamlardan biri də yaralanıb. Əldə olunmuş məlumata əsasən, döyüşçülər Qərb ölkələrindən birindən əmr alıb”.

Hazırda döyüşçülərin şəxsiyyəti müəyyənləşdirilir.

www.ÇıxışYolu.Com