ef9a756b-e02e-4394-8fbd-eca205fe9b73.webp

Qroznıda Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş festival-müsabiqə keçiriləcək

Baxış sayı: 109 dəfə baxılıb.

Noyabrın 13-dən 16-dək Qroznıda SSRİ Xalq artisti Müslüm Maqomayevin
xatirəsinə həsr edilmiş beynəlxalq festival-müsabiqə keçiriləcək.

Cixisyolu.com TASS-a istinadən xəbər verir ki, Çeçenistan Dövlət Filarmoniyasının
mətbuat xidmətindən yayılan məlumata görə, burada xarici ölkələrdən və
Rusiyanın regionlarından vokalçılar iştirak edəcəklər.

“Orfey” festival-müsabiqəsi hər il keçirilən tədbirə çevrilib. Yeddinci
“Orfey” yenidən Çeçenistan Dövlət Filarmoniyasında keçiriləcək”, – deyə mətbuat
xidməti məlumat yayıb.

Bildirilir ki, müsabiqə “Mədəniyyət” milli layihəsi çərçivəsində keçirilir. Bu
il onun ümumi mükafat fondu 670 min rubl (təxminən 12 min manat) təşkil edəcək.

Source link