Qroznıda partlayış törədən qadının şəxsiyyəti müəyyənləşdi

Baxış sayı: 2. 668 dəfə baxılıb.

Qroznıda partlayış törədən qadının şəxsiyyəti müəyyənləşdi

İstintaq Qroznıda özünü partladan qadının şəxsiyyətini müəyyənləşdirib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin regional şöbəsinin mətbuat xidmətindən bildiriblər. Qadının adı açıqlanmasa da, onun 25 yaşında olduğu qeyd edilib.

Hüquq mühafizə orqanlarının əməkdaşı isə bildirib ki, terrorçu qadın Adıgey respublikasında dünyaya gələn, Çelyabinsk vilayətində qeydiyyatda olan Karina Spiridonovadır. Son zamanlar o, Dağıstanda yaşayıb.

Xatırladaq ki, qadın Qroznının Staropromıslovsk rayonunda nəzarət-buraxılış məntəqəsi qarşısında özünü partladıb. Xəsarət alan olmayıb.

www.ÇıxışYolu.Com