Venesuelanın müxalifət lideri Xuan Quaydo ABŞ-ı ölkəsinə hərbi müdaxilə etməyə çağırmağı nəzərdən keçirdiyini bildirib.
BBC-nin jurnalisti Nik Brayanta verdiyi açıqlamada, Quaydo prezident Nikolas Maduronun devrilməsi üçün bütün variantları tərəziyə qoyacağını vurğulayıb.
Jurnalist ABŞ-ın Venesuelaya hərbi müdaxilə etməsi üçün Trampa müraciət edib-etməyəcəyini öyrənməyə çalışıb:
“Mənə elə gəlir prezident Trampın mövqeyi bu məsələdə qətidir, həm biz, həm də bütün dünya ictimaiyyəti bunu yüksək qiymətləndirir. Milli assambleyanın sədri olaraq, bütün variantları nəzərdən keçirəcəyəm”, – deyə Quaydo bildirib.
Quaydo yanvar ayında özünü Venesuelanın müvəqqəti lideri elan edib. Bunun üçün müxalifətin nəzarətində olan Milli Asambleyanın sədri olaraq, Maduronun ötən il qeyri-legitim şəkildə prezident seçilməsini əsas gətirərək, konstitusiyanın müvafiq maddəsindən istifadə edib.
Rusiya və Çin kimi güclü dövlətlərin dəstəklədiyi Maduro isə hakimiyyətdən getməkdən imtina edib.
Quaydonu Venesuela lideri olaraq 50-dən çox dövlət, o cümlədən, ABŞ, Böyük Britaniya və əksər Latın amerikası ölkələri tanıyır.