Quaydo: Çaves Maduroya dəstək verməzdi

Baxış sayı: 3. 977 dəfə baxılıb.

Quaydo: Çaves Maduroya dəstək verməzdi

Venesuela müxalifətinin lideri Xuan Quaydo hesab edir ki, inqilabçı Uqo Çaves sağ olsaydı, ölkə başçısı Nikolas Maduronun atdığı addımları dəstəkləməzdi. 

Ren.TV xəbər verir ki, o bu barədə özünün Twitter səhifəsində yazıb.

“Şübhəm yoxdur ki, Uqo Çaves Maduronun Venesuela və silahlı qüvvələrə aclıq, zorakılıq, repressiya və qorxu gətirdiyi fikri ilə razılaşardı”, – deyə o vurğulayıb. 

Quaydo əlavə edib ki, Maduro Çavesin 1999-cu ildə qəbul etdiyi konstitusiyadan başlayaraq hər şeyi məhv edib. 

O həmçinin bildirib ki, müxalifətin tərəfinə keçmək qərarına gələn ordu nümayəndələri ilə görüş keçirib.