Quaydo hakimiyyətin ələ keçirilməsi əməliyyatının anonsunu verdi

Baxış sayı: 2. 574 dəfə baxılıb.

Quaydo hakimiyyətin ələ keçirilməsi əməliyyatının anonsunu verdi

Venesuela müxalifətinin lideri Xuan Quaydo hakimiyyətin ələ keçirilməsi əməliyyatı barədə bəyanat verib.

TASS xəbər verir ki, Quaydo yaxın günlərdə Nikolas Maduro iqtidarına son qoyulacağını bildirib.

“Biz hakimiyyətin qəsb edilməsinə son qoymağa hazırlaşırıq. Hər bir ştatda bizi gözləyin”, – deyə o vurğulayıb.

Xatırladaq ki, bir müddət öncə keçirilən sorğunun nəticələri ölkə əhalisinin 90 faizinin Maduronun istefasını arzuladığını göstərib.