Quaydo Maduro ilə danışıqlara razılıq verdi

Baxış sayı: 2. 122 dəfə baxılıb.

Quaydo Maduro ilə danışıqlara razılıq verdi

Venesuela müxalifətinin lideri Xuan Quaydo bildirib ki, o, ölkə prezidenti Nikolas Maduro ilə danışıq aparmağa hazırdır.

TASS-ın xəbərinə görə, bunu Quaydo France 24 telekanalının efirində deyib.

Onun sözlərinə görə, müxalifət “diktatorla danışıqların aparılması” barədə qərar qəbul edib.

“Əgər biz gərginliyin azalmasının üsulu kimi danışıqlardan istifadə edə biləriksə, şübhəsiz, onlardan istifadə edəcəyik”, – deyə, Quaydo vurğulayıb.

O, həmçinin, Venesuelada beynəlxalq müşahidəçilərin iştirakı ilə yeni seçkilərin keçirilməsinin tərəfdarı olduğunu bildirib.