Quaydo Maduronun devriləcəyi tarixi elan etdi

Baxış sayı: 2. 711 dəfə baxılıb.

Quaydo Maduronun devriləcəyi tarixi elan etdi

Venesuelanın müxalifət lideri Xuan Quaydo Maduro hökumətinin devrilməsi üçün “Azadlıq” əməliyyatı çərçivəsində aprelin 6-da bir sıra taktiki addımların atılacağını elan edib.  

Bu barədə o, “Twitter” səhifəsində yazıb.

“Həmin gün artıq yardım və azadlıq komitələri tam formalaşmış vəziyyətdə olmalıdır, biz hazırlıqlı və yaxşı təşkilatlanmış olmalıyıq”, – deyə X.Quaydo öz hesabında yazıb.

Başqa bir “tvit”ində isə Qauydo venesuelalıları martın 30-da küçələrə axışaraq hakimiyyətin qəsb edilməsinə və sosial qarantların olmamasına etiraz etməyə çağırıb.

“Rejim bizim faciəyə öyrəşməyimizi istəyir, ancaq öz hüquqlarının təmin olunmasını istəyən insanlar var”, – deyə müxalif lider yazıb.

Xatırladaq ki, Venesuelada siyasi-iqtisadi vəziyyət yanvarın 23-dən etibarən kəskinləşib. Belə ki, kütləvi etirazlar fonunda X.Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib.