Quaydo neft şirkətini Maduronun əlindən alır

Baxış sayı: 4. 381 dəfə baxılıb.

Quaydo neft şirkətini Maduronun əlindən alır

Venesuela müxalifətinin lideri, parlament sədri Xuan Quaydo dövlət neft şirkəti olan PDVSA-nın ABŞ-dakı törəmə şirkətinə nəzarəti əldə etdiyini bildirib.

RİA Novosti-nin məlumatına görə, Quaydo “Citgo” şirkətinin fəaliyyətinin davam etdirilməsinə icazə verən lisenziyaya malik olduğunu açıqlayıb.

Bir müddət əvvəl Vaşinqtonun “Citgo” və PDV Holding şirkətlərinin lisenziyalarının aprelin 28-dək uzatdığına dair məlumat yayılıb. Lakin ABŞ Maliyyə Nazirliyi Nikolas Maduro hökumətinin maliyyə vəsaiti əldə etməsinə mane olduğunu bəyan edib.