Dövlətin qəbul etdiyi qərar və sərəncamların əsas məğzini insan amili, onlara göstərilən xidmət və qayğı təşkil edir. Bu istiqamətdə planlı şəkildə qurulan iş və doğurduğu məsuliyyət hər bir cavabdeh şəxsi daha çox işləməyə sözvq edir. ” Azərbaycan Respublikası Regionlarının (2014-2018-ci illər) sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın həyata keçirilməsi istiqamətində bölgələrimizdə uğurlu abadlıq, quruculuq, bərpa və yenidən qurma işləri mütəmadi olaraq həyata keçirilir.
Dövlət başçısı cənab İlham Əliyev bu proqramdan irəli gələn müddəaların yerlərdə necə həyata keçirilməsi istiqamətində görülən tədbirlərin nəticələri ilə tanış olmaq üçün mütəmadi olaraq bölgələrə səfərlər edir, görülən işlərlə tanış olur, tövsiyyə və tapşırıqlarını verir, yerli sakinlərlə görüşüb qaldırılan problemləri dinləyib, həlli üçün yerindəcə göstərişlər verməsi buna əyani misaldır. Bu gün fəxrlə deyə bilərik ki, məhz cənab prezidentin qayğısı və diqqəti nəticəsində respublikamızın bölgələrində sosial-iqtisadi layihələrin həyata keçirilməsi sürətlə inkişaf edir.
Oktyabrın 11-də cənab prezident İ.Əliyevin və I Vitse prezident Mehriban xanım Əliyevanın Quba rayonuna səfəri zamanı bu inkişafın şahidi olmuşlar. Prezident İ.Əliyev və Mehriban xanım Əliyeva rayon mərkəzində müasir müstəqil Azərbaycan Respublikasının qurucusu və banisi xalqımızın Ümumilli Lideri mərhum Prezidentimiz H.Əliyevin Quba şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoymuşlar. Quba rayon İH-nin başçısı cənab Ziyəddin Əliyev abidənin ətrafında aparılan abadlıq işləri, ümumilikdə rayonda icra olunan layihələr barədə dövlət başçısına məlumat vermişdir.
İnşaasına 2015-ci ildən başlanmış və 2018-ci ilin sentyabrında başa çatmış yeni və müasir tibbi avadanlıqlarla təmin olunmuş Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edən ölkə başçısı cənab İ.Əliyev və xanım M.Əliyeva xəstəxanada görülmüş işlərdən tam razı qalmışlar.
100 yerlik “Günəş” körpələr evi-uşaq baxçasının , Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD Factoru” istehsalat kompleksinin “Qubaekaaqraq” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodunun və Quba şəhərində salınan Gənclər Parkının açılışını bildirən rəmzi qırmızı lenti kəsən cənab İ.Əliyev və Mehriban xanım Əliyeva bildirmişlər ki, son dövrlərdə Quba şəhərində aparılmış bu tədbirlər diqqətə layiqdir.
Xüsusilə qeyd olunmuşdur ki, ölkəmizin bölgələrində müasir tələblərə cavab verən sosial infirastruktur obyektlər tikilir. Bunlar çox müsbət əlamətdir. Bütün bunların nəticəsində xalqımızın yaşayış səviyyəsi yüksəlir, vətəndaşlarımız işlə təmin olunur ki, bu da işsizliyin ləğvi istiqamətində ən mühüm amillərdən biridir. Qeyd etmək yerinə düşər ki, cənab Prezidentimiz İlham Əliyevin 15 illik Prezidentliyi dövründə apardığı provmatik daxili-xarici siyasətin nəticəsində ölkəmizdə əmin-amanlıq tam təmin olunmuş, xalqımızın firavan yaşayışına nail olmuşdur. Bütün bunların əsasını cənab prezidentin apardığı mükəmməl kadr siyasəti təşkil edir. Qısa müddət ərzində əldə olunan nailiyyətlər təbii ki, Quba rayon İH-nin başçısı cənab Ziyəddin Əliyevin işə məsuliyyətlə yanaşmasından irəli gəlir. Baxmayaraq ki, Z.Əliyev bu rayona yeni təyin olunmuş icra başçısıdır.Tələbkarlıq və məsuliyyət hər zaman müvəfəqqiyyət qazandıran amildir.
İnanırıq ki, hörmətli prezidentimiz cənab İ.Əliyevin rəhbərliyi altında və apardığı daxili və xarici siyasəti nəticəsində müstəqil Azərbaycanımız inkişaf edəcək və xalqımızı xoşbəxt gələcəyə inamla və İlhamla qovuşacaq Quba Əhalisi həmişə öz Prezidentlərinin yanındadır.
Hazırladı: Fuad Mahmudoğlu