7dbdea66-d6ae-4d3d-a7db-76c037938810..jpg

Quba və Qusarda yollar buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib – FOTO

Baxış sayı: 552 dəfə baxılıb.

Quba və Qusarda yollar buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 17-si səhər saatlarından başlayaraq Şimal bölgəsində müşahidə olunan
qarlı-şaxtalı hava səbəbindən yollarda avtomobillərin hərəkəti çətinləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Quba-Qusar yolunun bəzi
hissələri və Qubadan dağ kəndlərinə gedən bəzi yollar buz bağlayıb. Nəqliyyat
vasitələri xüsusilə Qusar rayonundan Quba istiqamətinə çıxışdakı yoxuşlarda
çətinliklə üzləşirlər. Yollarda qalan avtomobillər var.

Hava şəraiti ilə əlaqədar Dövlət Yol Polisi əməkdaşları və Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları
əraziyə cəlb olunublar. Yolun hərəkət hissəsi qardan təmizlənərək qum-duz
qarışığı səpilir. Təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat
vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada
Quba-Qusar yolundan istifadə etməsi tövsiyə olunmur.

Hazırda Qusarın rayon mərkəzində 3-4 sm, Qubada isə 2 sm-ə qədər qar var.
Səhər saatlarından başlayan qar hazırda yağmağa davam edir.

Source link