Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət
işi üzrə ibtidai istintaq yekunlaşır.
Bu barədə “Report”a onun vəkili Bəhruz Bayramov məlumat verib.
Onun sözlərinə görə, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və
ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə
tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama,
saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib.
Məlumata əsasən, müdafiə tərəfi işlə tanış olub, vəsatətlərini verdikdən sonra
toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcək.
Qeyd edək ki, Qubad İbadoğlu 9 ay əvvəl həbs edilib.