cbf7be85-a30e-40ad-a8b3-f13fb37ba0d3..jpg

Qubada azyaşlılara tütün və alkaqollu içkilər satan şəxslər cərimələnib

Baxış sayı: 527 dəfə baxılıb.

Qubada azyaşlılara tütün və alkaqollu içkilər satan şəxslər cərimələnib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba Rayon Polis Şöbəsinin əməkdaşları Qubada azyaşlılara tütün və alkaqollu
içkilər satan şəxsləri cərimələyiblər.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində
keçirdikləri tədbirlər nəticəsində bir neçə mağazada satıcıların yetkinlik
yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə
əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının
yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq
olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Source link