Qubada yaşayış evinə basqın olub.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb.
Kənd sakini Hamlet İbrahimova məxsus mənzilə daxil olan bir qrup şəxs ev sahibini döyərək onun əllərini, ayaqlarını və ağzını yapışqanla bağlayıblar. Daha sonra naməlum şəxslər evdən 15 min manata yaxın pul götürərək oranı tərk ediblər.
Faktla bağlı polisə məlumat verilib. Daxil olan məlumat əsasında əməliyyat qrupu yaradılıb.
Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.