4e9ba1c5-6d3d-4842-a566-abff910e5138..jpg

Qubada fəhləni cərəyan vuraraq öldürüb

Baxış sayı: 901 dəfə baxılıb.

Qubada fəhləni cərəyan vuraraq öldürüb

Aprelin 5-i saat 14 radələrində 1985-ci il təvəllüdlü Turab Nəsirovun ölməsi
barədə Quba rayon prokurorluğuna məlumat daxil olub.

Quba rayon Prokurorluğundan verilən xəbərə görə, ilkin araşdırma zamanı “DOST
İş Mərkəzi” MMC xətti ilə “Azəriqaz” İB-nin Xaçmaz Regional Qaz İstismar
İdarəsinin Quba Xidmət Sahəsinə fəhlə kimi təhkim edilmiş Turan Nəsirovun
rayonun Amsar kəndi ərazisində elektrik dirəyindən ötürücü naqili kəsmək
istəyən zaman cərəyan vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən
edilib.

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Source link