Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.
ETSN-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, reyd zamanı Quba rayonu II Nüqədi kəndində fəaliyyət göstərən yeşik sexində qanunsuz yolla əldə edilmiş 4.05 m3 həcmində fıstıq cinsinə məxsus meşə materialı aşkar olunub və meşə fonduna 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Faktla bağlı sexin sahibi Ramil Kərimov barəsində akt tərtib olunub.