Qubada kanat xətti qırıldı: Ölən və yaralanan var

Qubada kanat xətti qırıldı: Ölən və yaralanan var

Baxış sayı: 3. 164 dəfə baxılıb.

Qubada kanat xətti qırıldı: Ölən və yaralanan var

Qubada yerləşən “Quba Palace Hotel”ə (Əvvəlki adı Quba Rixos) məxsus olan kanat qırılıb.

ÇıxışYolu.Com-ın əldə etdiyi məlumata görə, hadisə zamanı ölən və yaralananlar olub.

APA agentliyinin xəbərinə görə, kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb. 

Bundan başqa, Quba sakinləri 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hoteldən kanatın qırılması və insanların xəsarət alması xəbərini ÇıxışYolu.Com-ya təsdiqləsələr də, ölən və yaralananların sayı barədə fərqli məlumat açıqlanıb:

“Bu məsələdə günah hotelin deyil, kanat üçün hotelə gələn şirkətin günahıdır. Təhlükəsizliyə riayət edilməyib. Hazırda araşdırma aparılır. Daha sonra ətraflı məlumat veriləcək”, – deyə, bildirən hotel nümayəndəsi hadisə zamanı bir nəfərin öldüyü, bir nəfərin isə yaralandığını qeyd edib.

www.ÇıxışYolu.Com