7c0f223d-648d-434b-aad2-75ea40917abc..jpg

Qubada kütləvi məzarlıqdakı quyularda 600-ə yaxın insan skeleti tapıldı

Baxış sayı: 841 dəfə baxılıb.

Qubada kütləvi məzarlıqdakı quyularda 600-ə yaxın insan skeleti tapıldı

AMEA Arxeologiya, Etnoqrafiya və Antropolofiya İnstititunda Elmi Şuranın 31
mart-Azərbaycanlıların Soyqrımı Gününə həsr edilmiş növbəti iclası keçirilib.

İnstitutdan APA-ya verilən xəbərə görə, öncə soyqırım qurbanlarının xatirəsini
bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun baş direktoru, t.e.d., professor Abbas Seyidov 31 mart soyqırımı
haqqında geniş və dolğun məlumat verərək bildirib ki, bu hadisələr 1918-ci il
martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif
bölgələrində, həmçinin ayrı-ayrı vaxtlarda Şamaxı, Quba, Xaçmaz, Lənkəran,
Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və bir sözlə bütün Azərbaycan
ərazisində törədilib. Əli silahlı erməni quldur dəstələri qoca, qadın, uşaq
bilmədən, qarşısına çıxan hər bir azərbaycanlını vəhşicəsinə öldürüb.

Bu qısa zaman çərçivəsində 50 min günahsız azərbaycanlı qətlə yetirilib.

Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart
Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Çıxış edən t.ü.f.d., dosent Qəhrəman Ağayev 2007-ci ildə Qubada aşkarlanan
kütləvi məzarlıqda apardığı tədqiqat işlərindən danışıb. O bildirib ki,
tədqiqatlar nəticəsində burada insan sümükləri olan 2 quyu, eləcə də
skeletlərlə dolu arxlar müəyyən edilib. Quyularda 600-ə yaxın insan skeleti
aşkar olunub. Arxlarda isə 211 kəllə sümüyü tapılıb. 2013-cü ilin sentyabr
ayında Heydər Əliyev Fondu tərəfindən bu ərazidə Memorial Kompleks inşa edilib.

Sonra Abbas Seyidov növbəti aylarda keçiriləcək konfranslara hazırlıqlarla
açıqlama verib.

2023-cü il üçün Gənc alimlərin tədbirlər planı təsdiq edilib. T.ü.f.d.,dosent
Pərviz Qasımovun “Pratürk problemi: primordializm və pozitivizm arasında
(dilçi, arxeoloji və arxeogenetik əsasların tənqidi analizi)” adlı
monoqrafiyasının müzakirə edilərək çapa təqdim edilməsi yekdilliklə qəbul
olunub.

Sonda cari məsələlərə baxılıb.

Source link