Qubada məmuru bıçaqlayan şəxsə ağır cəza

Qubada məmuru bıçaqlayan şəxsə ağır cəza

Baxış sayı: 7. 958 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Quba rayon sakini Şakir Mədətovun CM-nin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il sentyabrın 11-də Quba Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nizaməddin Əmrullayevə 2-ci Nügədi kənd sakini Şakir Mədətov bıçaqla xəsarətlər yetirib.

Nəticədə sonuncu ağır vəziyyətdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və üzərində cərrahi əməliyyat aparılıb. 

Onun həyatını həkimlər xilas ediblər. Həmin gün şübhəli şəxsi Quba RPŞ-nin əməkdaşları saxlayıblar. 

İstintaqın gedişatında məlum olub ki, Əmrullayevlə Mədətov arasında mübahisə torpaq sahəsinə görə baş verib. Belə ki, Şakir Mədətov meşəlik ərazidə istirahət mərkəzi işlədib, həmin əraziyə yaxın yerdə şöbə müdirinin də obyekti olub. İki həmkəndli arasında mübahisə bu səbəbdən baş verib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

www.ÇıxışYolu.Com