30286fd3-9c13-4fc5-86cc-8ec6fb9e56f8..jpg

Qubada narkotikin təsiri altında avtomobil sürən 86 sürücü saxlanılıb

Baxış sayı: 432 dəfə baxılıb.

Qubada narkotikin təsiri altında avtomobil sürən 86 sürücü saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubada narkotikin təsiri altında avtomobil idarə edən 86 sürücü saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu
məlumat yayıb.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı son dörd ay ərzində rayon
ərazisində narkotik vasitənin təsiri altında avtomobil idarə edən 86 nəfər
saxlanılıb.

Bütün faktlarla bağlı RPŞ-də araşdırma aparılıb, toplanmış xüsusatlar
baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə həmin
şəxslərin barələrində qanunamüvafiq tədbir görülüb.

Source link