af03d701-ef9a-4a14-b545-bcd7103bed27..jpg

Qubada narkotikin təsiri altında mikroavtobusu idarə edən şəxs saxlanıldı – FOTO

Baxış sayı: 741 dəfə baxılıb.

Qubada narkotikin təsiri altında mikroavtobusu idarə edən şəxs saxlanıldı –
FOTO

Qubada narkotikin təsiri altında mikroavtobusu idarə edən şəxs saxlanılıb.

Bu barədə “Report”a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev
məlumat verib.

Ötən gün Quba rayon sakini Anar İsmiyevin müntəzəm marşrut xətti üzrə idarə
etdiyi “Mercedes” markalı 40-BR-314 nömrə nişanlı nəqliyyat vasitəsi Quba
rayonu ərazisində DYP əməkdaşları tərəfindən saxlanılıb, bu zaman onun narkotik
vasitənin təsiri altında olması aşkar edilib.

Sürücü barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib.

Source link