3371d87b-1b6d-4f21-b860-a03e3199cd3c..jpg

Qubada narkotiklə bağlı 16 nəfər saxlanılıb – FOTO/VİDEO

Baxış sayı: 1. 762 dəfə baxılıb.

Qubada narkotiklə bağlı 16 nəfər saxlanılıb – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir ay ərzində rayon
ərazisində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin əldə edilməsi,
daşınması, qanunsuz dövriyyəsi, satışı və psixotrop maddələrin dövriyyəsi ilə
məşğul olan ümumilikdə 16 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan
məlumat verilib.

Qanunsuz dövriyyədən ümumilikdə 5 kiloqram marixuana, 100 qrama yaxın heroin,
5 qram metamfetamin və 15 qram tiryək çıxarılıb.

Bütün faktlarla bağlı Quba Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb.


Source link