Qubada növbəti qanunsuz kömür quyusu aşkarlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları
tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması
məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar
edilən kömür quyusu aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz kömür istehsal edənin rayonun Xanagah kənd sakini
Rəcəb Quliyev olduğu müəyyən edilib.
Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq
tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.