3a1293b0-c848-430d-96c0-316c7156ef77..jpg

Qubada qəzaya uğrayan avtomobildə qalan bir nəfərin meyiti çıxarılıb – YENİLƏNİB + FOTO

Baxış sayı: 374 dəfə baxılıb.

Qubada qəzaya uğrayan avtomobildə qalan bir nəfərin meyiti çıxarılıb –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba
rayonunun Qəçrəş kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar
xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, dərhal
hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə
qüvvələri cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ və “İnfiniti”
markalı iki minik avtomobili toqquşub, bir nəfər avtomobildə sıxılmış
vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində bir nəfərin meyiti nəqliyyat
vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, bu gün saat 15:00 radələrində Quba-Xınalıq yolunun 3-cü
kilometrliyində Quba rayon sakini Fərhad Talıbovun idarə etdiyi VAZ-2107 və
Bakı şəhər sakini Nigar Məmmədovanın idarə etdiyi “İnfiniti” markalı nəqliyyat
vasitələri toqquşub.

Hadisə nəticəsində F.Talıbov eləcə də, sərnişinləri Sübhan Salmanov və İlkin
Rzayev aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Avtomobildə olan digər iki nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri ilə
xəstəxanaya yerləşdiriliblər. Qəza toy karvanının hərəkəti zamanı baş verib.

18:32

Bu gün saat 15:00 radələrində Quba-Xınalıq yolunun 3-cü kilometrliyində Quba
rayon sakini Fərhad Talıbovun idarə etdiyi VAZ-2107 və Bakı şəhər sakini Nigar
Məmmədovanın idarə etdiyi “İnfiniti” markalı nəqliyyat vasitələri toqquşub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan
verilən xəbərə görə, hadisə nəticəsində F.Talıbov eləcə də, sərnişinləri Sübhan
Salmanov və İlkin Rzayev aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Avtomobildə olan digər iki nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri ilə
xəstəxanaya yerləşdiriliblər.

İlkin məlumata görə, qəza toy karvanının hərəkəti zamanı baş verib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi
başlanılıb, araşdırmalar davam etdirilir.

17:56

Quba-Qəçrəş avtomobil yolunda ağır yol qəzası baş verib, iki nəfər ölüb, iki
nəfər isə xəsarət alıb.

“Report”un məlumatına görə, VAZ-2107 və “İnfiniti” markalı minik
avtomobillərinin toqquşması nəticəsində Rzayev İlkin Şahin oğlu və 1994-cü il
təvəllüdlü Salmanov Sübhan Şəhriyar oğlu ölüb,

1999-cu il təvəllüdlü Heydərov Arif Ramil oğlu və 1995-ci il təvəllüdlü
Sultanov Yaşar Vladislav oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Source link