Qubada saxlanılan şəxsin üzərindən avtomat aşkarlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar
edilməsi, onların satışı ilə məşğul olan şəxslərin ifşa olunması məqsədilə Quba
Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən
məlumata görə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini, əvvəllər
dəfələrlə məhkum olunmuş Ədalət Məmmədov saxlanılıb.
Həmin şəxsin üzərindən bir ədəd “Kalaşnikov” markalı avtomat, bir ədəd patron
darağı və beş ədəd güllə aşkar edilərək götürülüb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə
Ədalət Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.