Qubada silsilə mal-qara oğurluğu, 65 min manatlıq ziyan: Cinayəti törədənlər
kimlərdir? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qubadan olan təsərrüfat sahiblərinin mal-qarası Abşerondakı qışlaqdan
oğurlanıb.
Xezerxeber.az-ın məlumatına görə, bu problemin beş ildir ki, davam etdiyi
bildirilir. Hadisəni törədən şəxs və ya şəxsləri isə beş ildir ki, tapmaq
mümkün olmayıb.
Hər il bu çobanların həm atları, həm də iribuynuzlu heyvanları yoxa çıxır. Bu
il də mal-qaranı qışlaqda saxlayan qubalı çobanların başına iş gəlib.
Piriyevlər ailəsi bu il qışlaqdan əliboş qayıdacaqlar. Çünki onların yaylaqdan
apardıqları mal-qara oğurlanıb.
Heyvan sahiblərinin sözlərinə görə, onlara ümumilikdə 65 min manata yaxın
ziyan dəyib. Oğurluqlara görə aidiyyəti qurumlara da müraciət edilib. Beş ildir
ki, silsilə oğurluqlar olmasına baxmayaraq, cinayətkarları tapmaq mümkün
olmayıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, sözügedən
oğurluqlarla bağlı müvafiq polis orqanında araşdırma aparılır. Əməlləri törədən
şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində
tədbirlər davam etdirilir.
Ətraflı süjetdə: