4b7c8cdb-e64f-4519-848f-42ba48019c01..jpg

Qubada silsilə oğurluqlar edən şəxslər tutuldular – VİDEO

Baxış sayı: 927 dəfə baxılıb.

Qubada silsilə oğurluqlar edən şəxslər tutuldular – VİDEO

Qubada silsilə oğurluqlar edən şəxslər saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba
Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış
tədbirləri zamanı rayon ərazisində fərqli yerlərdən oğurluq etməkdə şübhəli
bilinən Elşad Güliyev və Elşən Hacıyev saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq rayon
ərazisində olan kafe, bağ, eləcə də evlərdən müxtəlif əşyalar və ərzaq
məhsulları oğurlamaqda zərərçəkmişlərə ümumilikdə 7905 manat ziyan vurublar.

Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər
iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Source link