Qubada tullantıları tutumlardan kənara atan şəxslər aşkarlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları ətraf
mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində
nəzarət-profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən
məlumata görə, keçirilən tədbirlər zamanı məişət tullantılarını xüsusi ayrılmış
tutumlardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən
olunub.
Onlarla profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbir
görülüb.