6141b2a7-bedc-4b64-b779-138dfcc05540..jpg

Qubadakı qəzada xəsarət alanların kimliyi bilindi – YENİLƏNİB + FOTO

Baxış sayı: 509 dəfə baxılıb.

Qubadakı qəzada xəsarət alanların kimliyi bilindi – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubada iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Amsar kəndi ərazisində
VAZ-2107 və GAZ-33021 markalı avtomobillər toqquşub.

Hadisə zamanı avtomobillərin sürücüləri Coşqun Mirzəyev və Fariz Əşrəfov
müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Quba Rayon Mərkəzi
Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar
aparılır.

15.10.2023, 21:36

Bu gün axşam saatlarında Quba-Nügədi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, VAZ-2106 və “Qazel” markalı
avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar Quba Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə
yerləşdiriliblər.

Xəstəxananın Mətbuat Xidməti zərərçəkənlərlə bağlı məlumat verməkdən imtina
edib.

Faktla bağlı araşdırma aparılır.

Source link