2d49235d-805e-4677-891c-46f11441f890..jpg

Qubadakı qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

Baxış sayı: 568 dəfə baxılıb.

Qubadakı qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 23-də Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar
olaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən Quba Rayon Mərkəzi
Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə ilə
əlaqədar mərkəzə 7 nəfər (3 qadın, 4 kişi olmaqla) təxliyə olunub.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavabda bildirilib. Qeyd edilib ki,
2003-cü il təvəllüdlü qadın sağ qamış sümüyünün yerdəyişmiş sınığı, bədənin bir
neçə nahiyəsini əhatə edən müştərək səthi travma diaqnozu, 1997-ci il
təvəllüdlü kişi isə bədənin bir neçə nahiyəsini əhatə edən müştərək səthi
travma diaqnozu ilə tibb müəssisəsinin Travmatologiya şöbəsinə
yerləşdiriliblər. Hər ikisinin stasionar müalicəsi davam etdirilir.

Yüngül xəsarət almış digər 5 nəfərə isə (2 qadın, 3 kişi olmaqla) Təcili tibbi
yardım şöbəsində zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə
üçün evə buraxılıblar.

Xatırladaq ki, oktyabrın 23-də Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən
hissəsində VAZ-2106 markalı minik avtomobili ilə Quba-Zərdabi marşrut xətti
üzrə işləyən “Mercedes” markalı mikroavtobus toqquşub. Qəza nəticəsində 7 nəfər
xəsarət alıb.

Source link