Qubadlı şəhərinin və 16 kəndin azad edilməsindən üç il keçir – SİYAHI +
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Qubadlı şəhərinin və 16 kəndin Ermənistanın işğalından azad
edilməsindən üç il keçir.
Cixisyolu.com xatırladır ki, Azərbaycan ordusu 44 günlük Vətən müharibəsinin 25
oktyabr tarixində Qubadlı şəhəri ilə yanaşı, digər rayonlar üzrə də bir sıra
məntəqələri işğaldan təmizləyib.
Həmin tarixdə Zəngilanın Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd
kəndləri, Cəbrayılın Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu kəndləri
işğaldan azad olunub.
Qubadlı rayonu üzrə Qubadlı şəhərindən əlavə, digər kəndlərdə də erməni
işğalına son qoyulub.
Belə ki, ordumuz Qubadlının Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq,
Sarıyataq, Mollabürhan kəndlərini öz əsl sahibinə – Azərbaycana qaytarmağa nail
olub.
Bildirək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev xalqa müraciətində çatdırıb.