490e7e19-1953-41d0-8103-6fbf857bebc8..jpg

Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı – YENİLƏNİB

Baxış sayı: 542 dəfə baxılıb.

Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat
yayıb.

Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi
ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal
edilən bir ədəd kəllə sümüyünün aşkar edilməsi faktı üzrə Qubadlı Rayon
Prokurorluğunda araşdırma aparılır.

13:06

Ağdərədə sümük fraqmentləri aşkarlanıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat
yayıb.

Bildirilib ki, işğaldan azad olunmuş Ağdərə rayonu, Suqovuşan qəsəbəsi
ərazisində mayın 5-də yeni binaların tikintisi ilə əlaqədar qazma işləri
aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkar
edilib.

Fakt üzrə Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Source link