Qubadlıda hərbi qulluqçumuzun yaralanması faktı ilə bağlı cinayət işi açılıb –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dövlət Sərhəd Xidmətinin (DSX) “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu,
baş leytenant Rövşən Üzeyir oğlu Məmmədovun Ermənistan tərəfdən odlu silahdan
açılmış atəş nəticəsində yaralanması barədə Qubadlı Hərbi Prokurorluğuna
məlumat daxil olub.
Bunu Cixisyolu.com-a açıqlamasında hərbi prokurorun böyük köməkçisi – Hərbi
Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviriFirad Əliyev
deyib.
O bildirib ki, daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunda
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox
şəxsi qəsdən öldürməyə cəhd) və 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya
düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi
başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və
təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq
davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş
norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi
təmin olunacaqdır.