2fb6acd5-e44d-465e-a624-1f97d6f8aae3..jpg

Qubadlının futbol komandası yaradıldı

Baxış sayı: 581 dəfə baxılıb.

Qubadlının futbol komandası yaradıldı

Futbol üzrə Region Liqasında iştirak edəcək daha bir komandanın adına aydınlıq
gəlib.

Cixisyolu.com xəbər verir ki, “Xanlıq” 2023/24 mövsümündə adıçəkilən çempionatda
yarışacaq. Yeni yaradılmış klub Qubadlı rayonunu təmsil edəcək.

Qeyd edək ki, yaxın günlərdə Region Liqasının bütün iştirakçıları
dəqiqləşəcək. Mövsüm oktyabrda start götürəcək.

Xatırladaq ki, Qubadlıya qədər 2020-ci ildə işğaldan azad edilmiş Füzuli,
Cəbrayıl və Zəngilanı təmsil edən klublar ölkənin müxtəlif liqalarında çıxış
edirlər. Ağdam təmsilçisi “Qarabağ” isə Premyer Liqada mübarizə aparır.

Source link