Qubada 14 sm qar yağıb.
ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, ən çox yağıntı dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Xınalıq kəndində müşahidə edilib.
Bu kənddə qarın hündürlüyü 14 sm-ə çatıb.
Xınalıqla yanaşı Qırız kəndində də güclü qar müşahidə edilib.
Hər iki kənddə temperatur mənfi 10 dərəcəyədək aşağı düşüb.