Qubaya qar yağıb – FAKTİKİ HAVA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin
dekabrın 17-si saat 15.00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli,
yağıntılı hava şəraiti davam edir.
Belə ki, Bakıda və Abşeron yarımadasında, Gəncə, Şəmkir, Qusar, Şabran,
Beyləqanda arabir yağış, Xaltan, Qubada qar yağıb.
Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24 m/s,
Neftçala, Şahdağda 20 m/s, Gəncədə 16 m/s-dək güclənib.
Naxçıvan, Şərur, Culfa, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qobustan,
Şəki, Qusar, Xaltan, Yevlax, Cəfərxan, Hacıqabul, Yardımlıda duman müşahidə
olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti,
Naxçıvan MR-da yeddi dərəcəyədək isti, dağlıq rayonlarda yeddi dərəcəyədək
isti, yüksək dağlıq ərazilərdə sıfır dərəcə şaxta, aran rayonlarında 11
dərəcəyədək isti qeydə alınıb.
Ölkə ərazisində qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti dekabrın 18-i
gündüzədək davam edəcək.