Qüdsdə terror aktı: Xəsarət alanlar var – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qüds şəhərində naməlum şəxs avtomobili piyadaların üzərinə sürüb, nəticədə iki
nəfər xəsarət alıb.
İsrail hüquq-mühafizə orqanları hadisəni terror aktı adlandırıb.
Eyni zamanda polis nümayəndələri toqquşmadan sonra iki nəfərin avtomobildən
düşərək hadisə yerini tərk etdiyini vurğulayıblar.
“Hücumda iştirak edən iki terrorçu hadisə yerini piyada tərk ediblər”, –
məlumatda bildirilir.
Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlilərin
qaçdıqları yolda avtomat tapıblar.
Yaralananların yüngül xəsarətlər aldığı vurğulanır. Hələlik hadisə ilə bağlı
başqa məlumat daxil olmayıb.
Mənbə: Times of Israel