7f50fdf7-3e9d-4759-9ae5-164719b9171f..jpg

Qudyalçayın kənarında kişi meyiti tapılıb

Baxış sayı: 504 dəfə baxılıb.

Qudyalçayın kənarında kişi meyiti tapılıb

Xaçmazda kişi meyiti aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional
qrupu məlumat yayıb.

Bildirilib ki, Xaçmaz-Xudat avtomobil yolunun Köhnə Xaçmaz kəndi ərazisində,
Qudaylçayın kənarında üzərində xəsarət olan 50-55 yaşlı naməlum kişi meyiti
tapılıb.

Aparılan araşdırmalar zamanı meyitin 56 yaşlı rayon sakini Qərib Rzayev olduğu
müəyyən edilib.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən
rayon sakini 27 yaşlı Yalçın Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Source link