fdd1578f-4b39-416c-b641-229eb39cb754..jpg

“Queen”in yaradıcılarından Brayan Mey “cəngavər” titulu aldı – FOTO/VİDEO

Baxış sayı: 921 dəfə baxılıb.

“Queen”in yaradıcılarından Brayan Mey “cəngavər” titulu aldı – FOTO/VİDEO

“Queen” rok-qrupunun yaradıcılarından biri və gitaraçı Brayan Mey
“Britaniyanın cəngavər-bakalavr” tituluna layiq görülüb.

Bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

Bildirilir ki, Mey bu titula musiqi sahəsindəki nailiyyətləri, eləcə də
astrofizika sahəsində işi və vəhşi heyvanların mühafizəsi üzrə fəaliyyətinə
görə layiq görülüb.

“O, 2008-ci ildə London Stereoskopik Şirkətini bərpa edib, 2015-ci ildə isə
Yer kürəsini asteroidlərin təsirindən qorumaq üçün Asteroid Gününü təsis etdi”,
– deyə sənəddə vurğulanıb.

O da qeyd olunur ki, gitaraçı 2009-cu ildə “Save-Me Trust” təşkilatını təsis
edib.

Meyin özü bu titulu bir növ çağırış adlandırıb.

“Mən bunu belə görürəm – dünyada yaxşılıq etmək və bunu əvvəlkindən daha yaxşı
etmək”, – deyə o bildirib.

Xatırladaq ki, oktyabr ayında “Queen” 1988-ci ildə yazılmış “Face It Alone”
mahnısını buraxıb. Bəstə 1989-cu ildə işıq üzü
görən “The Miracle” albomu üzərində işləyərkən vokalçıFreddi Merkurinin
iştirakı ilə yazılıb.

Mənbə: Lenta.ru


Source link