Qulaqcıq vasitəsilə kompüteri “sındırmağın” yolu tapıldı

Qulaqcıq vasitəsilə kompüteri “sındırmağın” yolu tapıldı

Baxış sayı: 2. 818 dəfə baxılıb.

İsrailin David Ben-Qur adına universitetindən olan tədqiqat qrupu qulaqcıq və dinamiklər vasitəsilə kompüterin əməliyyat sisteminə müdaxilə üzrə eksperiment aparıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Bleeping Computer” məlumat yayıb.

Mütəxəssislərin “Mosquito” adlandırdığı kiberhücum üsuluna görə, kompüter, audio çıxışları reversiya edə bilən xüsusi virusa yoluxur.

Yoluxmuş kompüter dinamik və qulaqcıqları eyni vaxtda həm səsli informasiya ötürücülərinə, həm də mikrofona çevirir.

Zərərli proqram təminatı lokal faylları audiosiqnallara çevirərək, onları virtual dələduzlara geri göndərir. Qəbul edən kompüterdə də eynilə dinamik və qulaqcıqla informasiya qəbul edən virusdan istifadə olunur. Sonradan audio fayllar orijinalda olan fayl formatlarına çevrilir.

Eksperimentdə 9 metrə qədər məsafədən ötürülən ikili məlumatlar massivindən istifadə olunub. Məlumat mübadiləsinin sürəti saniyədə 1800 bitə yaxın olub. Maraqlıdır ki, ətraf səslər, o cümlədən yaxında olan insanların söhbəti və ya arxa fonda səslənən musiqi belə, virusun zərərli fəaliyyətində hər hansı ciddi pozuntu yaratmayıb.

.
www.ÇıxışYolu.Com