Quldurluq edənlərə prokuror ağır cəza istəyib

Quldurluq edənlərə prokuror ağır cəza istəyib

Baxış sayı: 2. 839 dəfə baxılıb.

Quldurluq edənlərə prokuror ağır cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində Orxan Hümbətov, Rəmzi Muradov və Vaqif Hümbətovun CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il noyabrın 19-da Biləcəri qəsəbəsində naməlum iki nəfər Nuridə Məmmədovanın evinə basqın ediblər. 

Qadının əl-qolunu bağlayaraq, bıçaqla ona hədə-qoxu gəliblər və nəticədə 5500 manat  pulunu quldurluq yolu ilə ələ keçiriblər. Dekabrın 12-də əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Hümbətov və Abşeron rayon sakini Rəmzi Muradovu saxlayıblar.

İstintaqın gedişatında məlum olub ki, Orxan Hümbətov Nuridə Məmmədova ilə qohumdur. Tutulan şəxs qadının lotoreya oynadığını və həmin günlərdə 5000 manata yaxın pul götürdüyünü bilib, bu niyyətlə də tanışı R.Muradovla zərərçəkmişin evinə basqın ediblər. 

Onlar ətrafında aparılan istintaq hərəkətləri zamanı müəyyən edilib, bundan əlavə Orxan Hümbətov qardaşı Vaqif Hümbətovla birlikdə xuliqanlıq ediblər. Qardaşlar Biləcəri qəsəbəsində yük avtomaşının sürücüsünü döyüblər. 

Məhkəmənin hökmü ilə Orxan Hümbətov 10 il, Rəmzi Muradov 9 il və Vaqif Hümbətov 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.

www.ÇıxışYolu.Com