a83e4f89-53f4-4de4-86d9-b1c1475b4e9d..jpg

Qumarda qazanılan külli miqdarda pul, qara “Niva”: Cavid “gizli yol”la qaçırdılıb? – İDDİA + VİDEO

Baxış sayı: 436 dəfə baxılıb.

Qumarda qazanılan külli miqdarda pul, qara “Niva”: Cavid “gizli yol”la
qaçırdılıb? – İDDİA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dörd il öncə itkin düşən Goranboy kənd sakini Cavid Sabir oğlu Bayramovun
axtarışları davam edir.

İtkin düşən Cavidlə bağlı “Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində
yeni iddialar səsləndirilib.

İddiaya görə, 2020-ci ildə Cavid qumar oynamaq məqsədilə tez-tez Yevlaxa,
əmisi oğlu Uğur Bayramova məxsus olan kafeyə gedirmiş. Cavid qumarda qazanıb və
ona külli miqdarda pulla yanaşı, əmisi oğlu Uğura məxsus olan qara rəngli
“Niva” markalı avtomobilin açarı da verilib. Bu söhbətdən xəbərdar olan Cavidin
anası Pakizə Bayramova oğluna maşının açarlarını qaytarmasını və bu mövzunun
qohumlar arasında ədavətə səbəb olacağını deyib. Cavid daha sonra açarları geri
qaytarıb.

Qeyd edək ki, sözügedən hadisə COVID-19 pandemiyası ilə əlaqədar olan karantin
dövründə baş verib. Cavidin Yevlaxa gedib-gəldiyi kəndlərarası yolda (yerli
sakinlərin “gizli yol” adlandırdığı ərazi) polis nəzarəti olmayıb. İtkin düşən
şəxsin yaxınları qumardan qazanılan külli miqdarda pula görə Cavidin adıçəkilən
“gizli yol”la qaçırıldığını düşünürlər.

Ətraflı süjetdə:


Source link